ATƏT-dən söz azadlığı çağırışı
19:28 23-05-2013
İQTİSADİYYAT
ATƏT-dən söz azadlığı çağırışı
Münasibətlər get-gedə gərginləşir
ATƏT-in Bakı ofisi son günlər kifayət qədər aktivləşib və bu aktivləşmə təsadüfi hesab edilmir. Belə ki, bu qurumla Azərbaycan arasında müəyyən problemlər yaranıb və bu səbəbdən ATƏT çalışır ki, müxalifəti yenidən aktivləşdirsin. Bir tərəfdən iqtidarla müxalifətin dialoqunu təşkil etməyə çalışan bu qurum digər tərəfdən də söz azadlığı ilə bağlı ziddiyətli açıqlamalar verməkdədir.
Qurumun Bakı bürosunun rəhbəri Koray Tarqayın son açıqlamasıda buna misal ola bilər. Səfir Koray Tarqay bildirib ki, ATƏT-in təməl prinsipləri arasında media və söz azadlığı əsas yer tutur:"İllərdir ki, bu məsələ Azərbaycanda müzakirə edilir. Hesab edirəm ki, artıq Milli Məclisdə bu barədə ciddi müzakirələr keçirilməlidir. Milli Məclis milli iradəni təmsil etdiyi üçün bunun tənqid edilməsi doğru deyil. Ümid edirəm ki, məsələ ilə bağlı yaxın zamanlarda rəsmi çalışmalara start veriləcək. Azərbaycanda media hələ peşəkarlaşmayıb. Bunu diqqətdə saxlamaq vacibdir".K. Tarqay ATƏT-in Bakı ofisinin bu məsələdə istər hökumət, istər Milli Məclis, istərsə də vətəndaş cəmiyyətləri ilə danışıqlarını davam etdirəcəyini də qeyd edib:"Əsas məqsədimiz ATƏT-in prinsipləri əsasında Azərbaycanda mediada söz və ifadə azadlığını təmin etməkdir".Amma səfirin bu açıqlamasına PA-in şöbə müdiri Əli Həsənovun münasibəti kifayət qədər sərt olub."Azərbaycanda əlinə qələm götürən hər şəxs jurnalist sayıla bilməz. Yoxsa internetdə bloq yaradıb istədiyi insanı təhqir edir, sonra da bildirir ki, "Diffamasiya haqqında" Qanuna görə, yalnız cərimə ödəyəcəm. Bu səhv yanaşmadır. Əlbəttə, bu cəmiyyətdə "bespredel" yaradır. Biz Azərbaycanda qanunsuzluq mühiti yaradacaq heç bir prinsipin üstündə dayanmayacağıq. Kimin tələbi olursa-olsun, buna dəstək verməyəcəyik". Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "İnsan Hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri" mövzusunda keçirilən tədbirdə bildirib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan hakimiyyətinin mövqeyi bundan ibarətdir ki, ölkədə söz və fikir azadlığını məhdudlaşdıracaq heç bir əmələ yol verilməsin. Amma eyni zamanda, Cinayət Məcəlləsinin böhtan və təhqirlə bağlı maddələrinin başqa cür təsfir olunması da düzgün deyil: "Burada kimdəsə internetin KİV olmasına şübhə var? Xeyr, yoxdur. İnternet indiyə qədər "sahibsiz pişik" kimi istənilən həyətə girirdi, heç kim də onun qarşısına çıxa bilməzdi. Necə olur ki, 10 min tirajı olan bir qəzetdə yazdığı məqaləyə görə jurnalist məsuliyyət daşıyır, amma 3 milyondan artıq insanın oxuduğu internetdəki informasiyaya görə heç kim məsuliyyət daşımır? Bu cür yanaşma ola bilməz. Ona görə də ya internet hər bir ailəyə və cəmiyyətə icazəsiz daxil olmasından imtina edilməlidir, ya da daxil olursa, müəyyən çərçivələr, normalar qorunmalıdır. Heç kim kiminsə evinə qonaq gedən zaman istədiyi formada hərəkət edə bilməz. Əks təqdirdə, onu orda nə gözlədiyini hamı yaxşı bilir. Bu səbəbdən də internetin media olması realdır və internetdəki təhqirə görə də insanlar cavab verməlidir."Əli Həsənovun sözlərinə görə, internetdə təhqirlə bağlı hamı - müxalifət də, iqtidar da, jurnalsitlər də, məmurlar da narazıdır. Hamı bu məsələdə nəzarətin olmasını istəyir. Amma qanunda müddəa əlavə edəndə buna qarşı çıxırlar: "Bu gün biz hakimiyyətdəyik, sabah yerimizi dəyişə bilərik. Siz bunu nəzərə alın ki, hər bir məqamda insanlar qanunların tətbiqi standartlarını universal etməlidirlər ki, sonradan onların tətbiqində problem olmasın".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00