Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibə zamanı Rusiya ordusu tərəfindən ələ keçirilən NATO ölkələrindən olan silah, hərbi texnika, o cümlədən “Leopard və M1 Abrams” tanklarını Moskvada sərgiləməyə başlayıb. 

"Unikal" xəbər verir ki, "Zəfər" parkında bu gündən etibarən Ukrayna ordusundan ələ keçirilərək məhv edilən ABŞ, Almaniya, İngiltərə, Fransa və Ukrayna kimi ölkələrin istehsalı olan 30-dan çox silah və hərbi texnika nümunəsindən ibarət olan sərgi ziyarətçilərin ixtiyarına verilib. 

Qeyd edək ki, Moskvadakı sərgi may ayının 31-dək açıq qalacaq. 

Zərifə Nağıyeva