Kolumbiya Universitetində və Siti Kollecində Fələstin tərəfdarlarının etiraz aksiyaları zamanı 300-ə yaxın adam həbs edilib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, polis tələbələrin etiraz aksiyası keçirərək zəbt etdiyi Kolumbiya Universitetinin əsas binası olan Hamilton Hall binasına basqın edib.
Hüquq-mühafizə orqanları əməkdaşları universitetə ikinci mərtəbənin pəncərəsindən daxil olub, bundan sonra fəalları həbs etməyə, onları çölə çıxarmağa başlayıb.
Nuranə Abbasova