Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla razılaşmaya əsasən, delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə o, ölkəsinin İctimai kanalına müsahibəsində deyib. 

“Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları müəyyən edilmiş ərazilərdə yerləşdiriləcək, çünki sərhədlərdə təhlükəsizliyi təmin etmək onların vəzifəsidir, yəni sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq”, - deyə Paşinyan bildirib.

Nuranə Abbasova