ABŞ-nin Los-Anceles şəhəri (Kaliforniya ştatı) yaxınlığında 4,1 maqnitudada zəlzələ qeydə alınıb.
"Unikal"ın məlumatına görə, bu barədə ABŞ-nin Geoloji Xidməti xəbər yayıb.
Məlumata görə, təbii hadisənin episentri 164 min insanın yaşadığı Korona şəhərindən 9 km cənub-qərbdə, zəlzələ ocağı 1,5 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.