Braziliyada daşqın insan tələfatına səbəb olub.
"Unikal" xəbər verir ki, Rio Qrande-du-Sul ştatında güclü yağışların səbəb olduğu daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb.
Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Səlahiyyətlilər 1400-dən çox insanın təxliyə edildiyini bildirib.
Zərifə Nağıyeva