Solomon adalarının xarici işlər naziri Ceremi Manele ölkənin baş naziri seçilib.

"Unikal" xəbər verir ki, səsvermənin nəticələrini parlamentdə Solomon adalarının general-qubernatoru David Vunaqi elan edib.

Onun sözlərinə görə, Manele 50 deputatdan 31-nin səsini toplayıb.

Hökumət başçısının seçilməsi parlament seçkilərindən sonra baş tutub və nəticədə siyasi partiyaların heç biri səs çoxluğu əldə edə bilməyib. Bu isə müxalifətin tənqid etdiyi Çinlə yaxınlaşmağa yönəlmiş siyasətin davam etdirilməsi imkanlarını sual altına qoyub.