BƏƏ-nin qurucularından olan Şeyx Təhnun bin Məhəmməd Əl Nəhyan vəfat edib.
"Unikal" xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaradılmasında iştirak etmiş Dubay Əmirliyinin Əl-Ayn şəhərinin qubernatoru Şeyx Təhnun bin Məhəmməd Əl Nəhyanın vəfat etdiyi açıqlanıb. Ölümlə əlaqədar ölkədə 7 günlük matəm elan edilib.
BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın əmisi və Əl-Ayn valisi Şeyx Təhnun bin Məhəmmədin vəfatından "kədərləndiyi" bildirilib.
Zərifə Nağıyeva