Rusiya qoşunları Nigerdə ​​ABŞ hərbçilərinin yerləşdiyi aviabazaya daxil olub. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Bu addım Niger xuntasının Amerika qoşunlarını ölkədən çıxarmaq qərarından sonra həyata keçirilib.

ABŞ-nin adı çəkilməyən yüksək rütbəli müdafiə rəsmisi bildirib ki, rus qoşunları Niger paytaxtının beynəlxalq hava limanına bitişik ayrıca anqardan istifadə edir.

Bu barədə sualı cavablandıran ABŞ müdafiə naziri Lloyd Austin bildirib ki, ABŞ qoşunları və hərbi texnikası üçün üçün ciddi təhlükə yoxdur: "Ruslar ayrıca bir yerdədirlər, ABŞ qüvvələrinə və bizim texnikamıza çıxışı yoxdur".

Ağarza Elçinoğlu