Cənub və Cənub-Şərqi Asiyada bir çox məktəblər ölkədə həddindən artıq istilər səbəbindən müvəqqəti olaraq bağlanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Kerala əyalətində hökumət mayın 6-dək əyalətdəki məktəbləri bağlamaq qərarına gəlib.
Temperaturun 37 dərəcəni keçdiyi Banqladeşdə də məktəblərdə tədris prosesi dayandırılıb.
Kambocada dövlət məktəbləri tədrisi gündə 2 saata endirmək qərarı alıb.
Temperaturun təhlükəli həddə çatdığı Filippində də təhsil 4 gün müddətinə dayandırılıb. Paytaxt Manilada temperaturun 37 dərəcəni keçə biləcəyi təxmin edilib.
Hindistanda aprel ayının qeydə alınan ən isti ay olduğu açıqlanıb. Davam edən istilər səbəbindən ölkədə ümumilikdə 9 nəfər ölüb.
Zərifə Nağıyeva