Antalyada qocalar evində bıçaqlanma hadisəsi olub. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 65 yaşlı İzzəddin Söyüd qaldığı qocalar evində 3 nəfərə bıçaqla hücum edib. Hadisə nəticəsində 73 yaşlı Səlcuq Göncəgül və 66 yaşlı Əli Serdar Batır ölüb, 74 yaşlı Əhməd Özdəmirəl isə yaralanıb.

Halil Akyüz Qocalar Evində baş verən ahılların münaqişəsi ilə bağlı araşdırmalara başlanılıb. Hadisəni törədən şəxs həbs edilib. 

Ağarza Elçinoğlu