Livanın "Hizbullah" qruplaşmasının yaraqlıları İsrailin şimal bölgələri istiqamətində 60-dan çox raket atıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb. 

Bildirilib ki, Kiryat Şmona şəhərinə 20-yə yaxın raket düşüb, hücum nəticəsində 65 yaşlı kişi yaralanıb. Şəhərdə evlərə və avtomobillərə, o cümlədən təcili yardım maşınına ziyan dəyib. 

İsrail Müdafiə Qüvvələri raketlərin əksəriyyətinin İsrailin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini bildirib.

Qeyd olunur ki, İsrail hərbçiləri cavab olaraq Markaba, Taibah, Kafr Qila və Odaisa şəhərlərini vurub.

Ağarza Elçinoğlu