Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Dövlət Təhlükəsizlik İdarəsinin (DTX) departamentlərindən birinin rəisi, polkovnik Andrey Quku məxfi məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürdüyünə görə saxlayıb. 

Unikal” xəbər verir ki, bu barədə məlumat “Strana.ua” qəzetinin Telegram kanalı məlumat yayıb.
Departamentin məlumatına görə, həmin şəxs müdafiə olunan şəxslər (o cümlədən Ukrayna prezidenti) haqqında şəxsi məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürdüyünə görə vətənə xəyanətdə ittiham olunur. Bundan əlavə, məlumatların ötürülməsində şəriklikdə şübhəli bilindiyi Quk ilə birlikdə Dövlət Təhlükəsizlik İdarəsinin daha bir əməkdaşı saxlanılıb.