Bütün dünyaya təsir edən koronavirus epidemiyası peyvəndlərlə nəzarət altına alındıqdan sonra digər epidemioloji xəstəliklər də yaşanmaqda davam edir.
"Unikal" xəbər verir ki, Nigeriyanın Adamava əyalətində 42 uşağın öldüyü qızılca epidemiyası səbəbindən məktəblərdə təhsil müvəqqəti olaraq dayandırılıb.
Təhsil və Paytaxtın İnkişafı Nazirliyinin Adamava Dövlət Daimi Katibi Aişə Umar, ştatın Mubi və Qombi bölgələrində qızılca epidemiyası səbəbindən ştatın bütün məktəblərində təhsilin müvəqqəti olaraq dayandırıldığını bildirib.
Umar əlavə edib ki, məktəblər mayın 13-də yenidən tədrisə başlaya bilər.
Xatırladaq ki, indiyə qədər Adamava əyalətində 308 uşaq qızılca xəstəliyindən əziyyət çəkib, 42 uşaq isə epidemiya səbəbindən həyatını itirib.
Zərifə Nağıyeva