İsrailin Rəfaha hücumu daha çox mülki vətəndaşın ölümünə səbəb ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Josep Borrell bildirib.
Diplomat qeyd edib ki, Avropa İttifaqına üzv dövlətlər və ABŞ-nin buna qarşı açıq xəbərdarlıqlarına baxmayaraq hücum həyata keçirilir: "Beynəlxalq ictimaiyyətin, ABŞ-nin, Avropa İttifaqına üzv ölkələrin bütün istəklərinə baxmayaraq, Rəfah hücumu yenidən başladı. Hamı İsrailin baş naziri Netanyahudan hücum etməməyi xahiş edir. Qorxuram ki, bu, yenə də dinc əhali arasında çoxlu qurbanlara səbəb olsun. İsrailin nə dediyinin əhəmiyyəti yoxdur. Qəzzada təhlükəsiz zonalar yoxdur".
Ağarza Elçinoğlu