"Ermənistanın daxili siyasi həyatına qarışmağa cəhdlər edilir, müəyyən qruplara yardım göstərməklə dövlət çevrilişi həyata keçirib ölkəni periferiyaya çevirməyə, suverenliyimizi məhdudlaşdırmağa cəhd edilir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki razılaşma” fraksiyasının katibi Artur Hovhannisyan deyib.
Onun sözlərinə görə, bunun üçün Rusiyadan Ermənistana bəzi dairələr göndərilib: "Ermənistanın dövlət sərhədinin olmaması üçün hər şeyi edən qüvvələr var, onlar vəziyyətin gərginləşməsinə səbəb ola biləcək proseslər yaradırlar, Ermənistanı müharibəyə cəlb etmək, zərər vurmaq üçün hər şeyi edirlər. Beləcə çevriliş edib iqtidara gəlmək istəyirlər. Bu, onların məqsədi idi və dəyişməyib. Onların məqsədi öz qubernatoru olan bir vilayətin olmasıdır. Bu onların arzusudur. Onlar Qarabağda müharibə zamanı və ondan sonra nə ediblərsə, indi də eynisini edirlər".
Ağarza Elçinoğlu