Azərbaycan ordusu silahlanmaqda davam edir
22:19 25-05-2013
İQTİSADİYYAT
Azərbaycan ordusu
silahlanmaqda davam edir
Rusiyanın qadağası heç bir təsir göstərmədi
Son zamanlar Rusiya ilə Azərbaycan münasibətlərinin gərginləşməsi bir sıra sahələrdə öz təsirini göstərməyə başlayıb. O cümlədən hərbi sahədə də . Bir ay öncə Rusiya açıq şəkildə bəyan etdi ki, bundan sonra Azərbaycana silah satışına yasaq qoyur. Qeyd edək ki, bu bəyanata qədər Azərbaycan ordusunun hərbi təhcizatının böyük hissəsi Rusiyaya aid idi. Amma gərginliyin yaranmasından sonra Azərbaycan Ukrayna, İsrail kimi dövlətlərlə də hərbi əməkdaşlığa start verdi.
Hətta İsraildən 1,5 milyard dollarlıq hərbi avadanlıqlar,pilotsuz təyyarələrdə aldı. Amma Rusiyanın birdən- birə ümumiyyətlə hərbi əməkdaşlığı kəsməsi Azərbaycan üçün müəyyən problemlər yaratdı. Çünki Rusiya hərbi əməkdaşlığı dayandırmaqla paralel olaraq Ermənistanı ciddi şəkildə silahlandırmağa başladı. Sonuncu dəfə isə Ermənistanın hava hucumundan müdafiə sistemini tamamı ilə yeniləməyə başladı. Bu isə özlüyündə regionda hərbi balansın pozulması demək idi. Ekspertlər bunu da bildirir ki, Rusiyanın Ermənistanın məhz hava hucumundan müdafiə sistemini yenidən qurması təsadüfi deyil. Belə ki, Azərbaycan hazırda bu sistemini İsrail vasitəsi ilə yenidən qurub və Rusiya belə addım atmaqla Azərbaycana öz gücünü nümayiş etdirir. Azərbaycan isə məsələyə daha ciddi yanaşaraq hərbi əməkdaşlıq məsələsində tam olaraq qərbə üz tutub. Belə ki, Fransa və Türkiyə timsalında Azərbaycan bir sıra ciddi hərbi əməkdaşlıqlara hazırlaşır və yaxın vaxtlarda bunun nəticəsini görəcəyik. Bu baxımdan Azərbaycanın əməkdaşlıq etdiyi dövlətlərdən biri də Ukraynadır. Rusiya qırıcı təyyarələrinin Azərbaycana satışına yasaq qoyandan sonra Ukrayna-Azərbaycan əlaqələri daha da möhkəmlənib və Azərbaycan təyyarə tələbatını məhz Ukrayna vasitəsi ilə təmin etməyə hazırlaşır. Bu arada aydın olub ki, başqa bir sahədə də Azərbaycan Ukraynanın imkanlarından yararlanmağa hazırlaşır. Belə ki, Azərbaycan Ukraynanın "İskra" Elmi-İstehsalat Kompleksinin hazırladığı 80K6 tipli radiolokasiya stansiyasına (RLS) maraq göstərir.Azərbaycan nümayəndə heyəti bu sistemin alınmasına dair görüşlər keçirib.RLS Ukrayna Ordusunun silahlanmasına 2007-ci ilin əvvəllərində daxil olub.Radiolokasiya stansiyası 400 km-ə qədər uzaqlıqda hədəfləri müşayiət edə, eyni zamanda üç hava obyektinin koordinatını və onların radial sürətinin ölçüsünü göstərə bilir. Stansiya radiodalğa qarışdırıcılarına qarşı yüksək səviyyədə qorumaya da malikdir.Azərbaycana bu RLS-in MZKT şassisi üzərində hazırlanmış 80K6M yeni variantı təklif edilib. Mobil 80K6M Hava Hücumundan Müdafiə Qoşunlarının radiotexnika və zenit-raket bölmələri tərkibində istifadə üçün nəzərdə tutulur.İstehsalçı şirkətin rəsmi saytında qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti üçün müəssisədə və poliqonda məhsulunun nümayişi keçirilib.
Ekspertlər hesab edir ki, Azərbaycanın Ukrayna ilə bu sahədə əməkdaşlıq etməsinin bir sıra ciddi məqamları var. Belə ki, Ukraynanın istehsal etdiyi hərbi məhsullar həm Rusiya, həm də NATO standartlarına çox yaxındır və NATO standartlarına keçid etməyə hazırlaşan Azərbaycan ordusu üçün Ukrayna hərbi məhsullarının böyük önəmi var. Yəni artıq ölkəmiz Rusiya hərb sistemindən sürətlə uzaqlaşmağa çalışır və bunun üçün Ukrayna ilə hərbi əməkdaşlığın böyük önəmi var.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-27 13:26:40
2024-11-27 13:25:31
2024-11-27 12:57:54
2024-11-27 12:53:29
2024-11-27 12:39:39
2024-11-27 12:38:08
2024-11-27 12:26:45
2024-11-27 12:11:51
2024-11-27 12:06:18
2024-11-27 11:49:33
2024-11-27 11:02:43
2024-11-27 10:34:49
2024-11-27 10:03:36
2024-11-27 09:29:02
2024-11-27 09:23:00
2024-11-27 09:15:47
2024-11-27 09:11:06
2024-11-26 17:09:25