Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsd cəhdinə görə saxlanılan şəxs heç vaxt psixiatrik yardım üçün mütəxəssislərə müraciət etməyib. 

Unikal” xəbər verir ki, bunu “Aktuality” portalına şərhində şübhəlinin oğlu deyib. Qeyd edib ki, baş verənlərdən şoka düşüb:
"O, həlledici bir xarakterə malikdir. Psixiatrlarla hər hansı bir formada əlaqəsi olmayıb.”
Atasının Fitsonu bəyənmədiyini soruşduqda, o, belə izah edib: 
"Atam ona səs vermədi. Bu barədə deyə biləcəyim tək şey budur."