Türkiyənin 22 əyalətində “Bozdoğan-39” adlı antiterror əməliyyatı keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında yazıb.
Məlumata görə, Türkiyənin Təhlükəsizlik Baş İdarəsi Terrora qarşı Mücadilə Şöbəsi və Kəşfiyyat İdarəsinin və digər aidiyyəti qurumların keçirdikləri antiterror əməliyyatı nəticəsində 239 şübhəli saxlanılıb.

Saxlanılanlar separatçı terror təşkilatlarına daxil olanların qanunsuz olaraq Türkiyəyə keçməsinə vasitəçilik etməklə yanaşı, terror təşkilatlarının gənclər strukturunda fəaliyyət göstərməkdə və müxtəlif cinayətlərdə ittiham olunurlar.