Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfəri çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsini icra edən Con Bas, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim və Demokratiya, Əmək və İnsan Hüquqları üzrə Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Robert Qilkrist ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi "X" sosial şəbəkəsində paylaşım edib.
Məlumata əsasən, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətləri, regional və qlobal təhlükəsizlikdəki mövcud vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər ətrafında müzakirələr aparılıb.