Uzun müddətdir futbolçu Yusuf Yazıcı ilə eşq yaşayan aktrisa Melisa Aslı Pamukdan xəbər var. 

"Unikal" Türkiyə mətbuatına istinadla bildirir ki,  Melisa Aslı Pamuk Yusuf Yazıcı ilə Fransada gizlicə evləniblər. 

Aktrisa rəsmi "Instagram" hesabında soyadını dəyişdirərək hər kəsi təəccübləndirib. O, profilini "Melisa Aslı Yazıcı" olaraq dəyişib. Melisanın soyadını dəyişməsiylə evləndiyi məlum olub.

Bildirək ki, futbolçu Yusuf Yazıcı karyerasını Fransada davam etdirir. Melisa Aslı Pamuk "Kara Sevda" serialında "Asu" obrazı ilə məşhurlaşıb. 

Zərifə Nağıyeva