Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var.
"Unikal" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Almaniya xarici işlər naziri Annalena Berbok erməni həmkarı Ararat Mirzoyan ilə söhbətində Berlinin sülh prosesini dəstəkləməyə davam etməyə hazır olduğunu vurğulayıb. İndi dialoqun davam etdirilməsi son dərəcə vacibdir”, - press-relizdə qeyd edilir.