Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən videokonfrans sistemi vasitəsilə distant formada vətəndaşların qəbulu təşkil olunub.
04:38 28-05-2013
SİYASƏT
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən videokonfrans sistemi vasitəsilə distant formada vətəndaşların qəbulu təşkil olunub.
27 may 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun başçılığı ilə videokonfrans sistemi vasitəsilə distant formada vətəndaşların qəbulu keçirildi.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüş zamanı ilk öncə sakinlər yaradılan bu cür şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər. Qaradağ rayonu üzrə qəsəbələrin vətəndaşlarının problemləri dinlənildi, qəsəbələrin ümumi problemləri haqqında geniş danışıldı. Həlli məsələlər elə yerindəcə öz həllini tapdı, qəsəbə sakinlərini narahat edən digər probləmlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Ümumilikdə görüşdə 150-ə yaxın iştirak edən qəsəbə sakinlərindən 41 nəfəri fərdi qaydada dinlənildi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbələrinin və ümumilikdə Qaradağ rayonun probləmlərinin həllində xüsusi rol oynadığı qeyd edərək görüləcək işlər barədə danışdı.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53