Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində qeydə alınıb.

Belə ki, 99-BG-560 dövlət qeydiyyat nişanlı "Mercedes S class" markalı avtomobillə 77-GS-860 dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı maşın toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Seymur Əli