Zülfüqarlı qardaşları armatur bazarında inhisarçıya çevrilir
19:16 30-05-2013
İQTİSADİYYAT
Zülfüqarlı qardaşları armatur bazarında inhisarçıya çevrilir
Türkiyədən Azərbaycana gətirilən armaturlarla bağlı ilginc iddia yayıldı
Zülfüqarlı qardaşları kimi tanınan azərbaycanlı iş adamları haqqında yeni iddia ortaya çıxıb. Həmin iddiaya görə, onlar yenidən Azərbaycanda biznes maraqlarını həyata keçirməyə başlayıblar və armatur bazarında inhisarçıya çevrilmək niyyətindədirlər.
Xatırladaq ki, Loğman və Nurəddin Zülfüqarlı qardaşları hazırda Türkiyədə yaşayırlar. Onların burada armatur zavodları var. Azərbaycanla əlaqələri kəsilmiş Zülfüqarlıların istehsal etdikləri armaturları ölkəyə Naxçıvan vasitəsilə göndərdikləri iddia olunur. Bildirilir ki, onlar bu işdə arxa planda qalmağa üstünlük verirlər. Azərbaycan bazarına daxil olan həmin armaturlar isə "Türkiyə istehsalı" kimi təqdim olunur.
Onu da deyək ki, hazırda Türkiyədə "sürgün" həyatı yaşayan Zülfüqarlı qardaşları Azərbaycanda ikən "Bakelektroştamp" və "Bakıpoladtökmə" ASC-nin sahibləri olublar. Onların iddiasına görə, bu zavodlar qanunsuz şəkildə onların əllərindən alınıb. Bundan sonra Türkiyəyə sığınan Zülfüqarlı qardaşlarının orada armatur zavodu açdıqları və məhsullarını bir neçə ölkə ilə bərabər Azərbaycana da göndərdikləri deyilir. Bu, birbaşa Zülfüqarlı qardaşları tərəfindən həyata keçirilmədiyi üçün başqalarında şübhə yaratmır; get-gedə isə yerli bazarda Türkiyə istehsalı olan armaturların çoxalması diqqətlərin məhz sözügedən iş adamlarının üzərində fokuslanmasına gətirib çıxarır.
Məlumatlarda o da iddia olunur ki, Türkiyədən gətirilən həmin armaturlar Azərbaycan bazarında yerli istehsaldan da aşağı qiymətə satılır. Elə bu səbəbdən də onların Azərbaycanda istehsal edilən armaturlarla müqayisədə satış faizi də yetərincə yüksəkdir.
İddianın ümumi məzmunu isə ondan ibarətdir ki, Zülfüqarlı qardaşları kimsəni şübhələndirmədən, özləri arxa planda qalaraq Azərbaycanın armatur bazarında geniş mövqelərə sahib olmaqdadırlar. Belə getsə, bazarda "meydan" bir azdan Türkiyə istehsalı olan armaturlara qalacaq, hansı ki, onlar adıçəkilən qardaşların qardaş ölkədəki zavodlarında istehsal edilir.
Qeyd edək ki, son illərdə Azərbaycanın armatur bazarında maraqlı proseslər cərəyan edib. Son iki ildə metallurgiya bazarının əsas "oyunçusu" olan "Baku Steel Company" şirkətinin kiçik metaləritmə zavodlarını sıradan çıxarmaqla, onların avadanlıqlarını, xam malını əlindən almaqla məşğul olduğuna dair iddialar var. Keçmiş deputat Nazim Məmmədova məxsus olan "Ataxan Dəmir Sənaye" Türkiyə-Azərbaycan birgə müəssisəsinin və "Şəhriyar 99" metaləritmə müəssisələri ilə bağlı yaşananlar, daha sonra Müşfiqabad qəsəbəsi yaxınlığında bir neçə metaləritmə müəssisəsinin fəaliyyətinin dayandırılması, Bakının Zabrat qəsəbəsində yerləşən "R.A.N.K" MMC-yə məxsus zavodun bütün məhsullarının aparılması,
müəssisənin isə fəaliyyətini dayandırmaq göstərişi alması və s. faktlar xüsusən ölkədə armatur biznesinin təmərküzləşdirilməyə çalışıldığının təzahürü kimi qiymətləndirilirdi. Belə bir vaxtda Zülfüqarlı qardaşlarının yenidən və dolayı yollarla Azərbaycan bazarına nüfuz etmələrinə dair iddiaların ortaya çıxması maraq doğurur.
Belə çıxır ki, bu biznes sahəsinin bir əldə cəmlənməsi üçün göstərilən yuxarıdakı səylər heç də tam nəticə vermir və bazar tədricən yeni (həm də köhnə!) inhisarçının nəzarətinə keçməkdədir.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55