Xəbər verdiyimiz kimi, Türkiyənin Bayraktar "Akıncı" PUA-sı İranda helikopterin qəzaya uğradığı yerə aid olan qaynar nöqtəni aşkar edib. Ərazinin koordinatları İran tərəfinə göndərilib. 

"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami İran prezidenti İbrahim Rəisinin helikopterinin axtarışları bölgəsində qaynar nöqtənin aşkarlandığını təsdiqləyib. 

Ehtimallara görə, tapılan mənbə İran liderinin helikopterinin qalıqlarıdır. Hazırda qəza yerinə xilasetmə qruplarının göndərildiyi deyilir. 

Ağarza Elçinoğlu