İran Prezidenti İbrahim Rəisinin həlak olması təsdiqlənib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranın vitse-prezidenti Möhsün Mənsuri dövlət başçısı İbrahim Rəisinin helikopter qəzasında öldüyünü təsdiqləyib.

***08:12

İbrahim Rəisinin Şərqi Azərbaycan əyalətində helikopterin qəzaya uğraması nəticəsində həlak olduğu təsdiqlənib.

"Unikal" xəbər verir ki, bu barədə Mehr dövlət xəbər agentliyi məlumat yayıb. 

"İranın 8-ci prezidenti Ayətullah Seyid İbrahim Rəisi İran xalqı qarşısında xidmət və vəzifəsini yerinə yetirərkən qəzaya düşərək şəhid olub. Helikopter Təbrizə qayıdarkən qəzaya uğrayıb. Helikopterdə prezidentdən başqa xarici işlər naziri, Təbrizin İmam Cüməsi və Şərqi Azərbaycanın valisi də olub", - məlumatda deyilir. 

Aşura Korpusunun komandiri bəzi cəsədlərin yandığını və onların şəxsiyyətini müəyyən etməyin mümkün olmadığını bildirib. 

Ağarza Elçinoğlu