"Televiziyada bəzi proqramlar həyata keçirirlər ki, bu, bütün məişətimizi pozan, korlayan verilişlərdir. Bunun qarşısını necə alaq? Reytinq qazanmaq üçün və aşağı təbəqədən olan insanların baxışını gücləndirməkdən ötrü belə proqramlar təşkil edirlər".

"Unikal" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. 

Sədr müavini bildirib ki, bu məsələni ciddi müzakirə obyekti etmək lazımdır: "Televiziya rəhbərləri səviyyəsində dəyirmi masa təşkil etmək yaxşı olardı. Onlara sözümüzü deməyin vaxtı çatıb. Siz reytinq toplayırsız, amma bir ailə mövzusunu televiziyaya çıxarmaq və biabırçı şəkildə cəmiyyətə təqdim etməklə pisliyin təbliği kimi proses gedir".

Anar Kəlbiyev