Bakı sakinləri İran İslam Respublikası Prezidentinin və digər rəsmi şəxslərin faciəvi ölümü ilə əlaqədar başsağlığı vermək üçün İranın Bakıdakı səfirliyinin binasına gül dəstələri gətirirlər.

"Unikal" xatırladır ki, dünən İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşem və onları müşayiət edən digər şəxslər helikopter qəzasında həlak olublar.