“Beşiktaş” "Olimpik Marsel"dən cari mövsümün sonunadək icarəyə götürdüyü Jan Onana silahlı hücuma məruz qalıb.
"Unikal" “Europe 1”ə istinadən xəbər verir ki, hadisə bazar günü səhər saatlarında qeydə alınıb.
Belə ki, silahlı oğrular kamerunlu futbolçunun avtomobilinə atəş açıblar. Avtomobildə Onananın komanda yoldaşı Faris Mumbanya da olub. Ancaq cinayətkarların avtomobili aparmaq cəhdləri uğursuz alınıb. Futbolçular olay zamanı xəsarət almayıblar.
Baş verənləri "Beşiktaş"ın mətbuat xidməti də təsdiqləyib.