ABŞ İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı İranın yardım xahişini qəbul edib, lakin bunu təmin edə bilməyib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. 

"İran hökuməti tərəfindən bizdən kömək istənildi. Biz onlara açıq şəkildə bildirdik ki, bu tip vəziyyətdə istənilən xarici hökumətin müraciətinə cavab olaraq yardım təklif edəcəyik. Sonda biz kömək göstərə bilmədik”, - deyə o bildirib.

Miller izah edib ki, iranlılara “əsasən logistik xarakterli səbəblərə görə” kömək etmək mümkün deyil. O, hansı yardımın müzakirə olunduğunu dəqiqləşdirməkdən imtina edib.