Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, aktyorun xanımı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
KTM-dən "Unikal"a verilən məlumata görə, G.Quliyevanın vəziyyəti ağır stabil qiymətləndirilir:
"Xəstə qaraciyər sirrozu (Hepatit) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilib. Müayinələrdən keçirilib, müalicələri davam etdirilir. Hemodinamikası stabildir, müsbət dinamika müşahidə edilir. Xəstənin ümumi vəziyyəti ağır stabildir".