Dünən axşam saatlarında Kirants kəndində toplantı keçirilib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, Tavuş qubernatorluğunun əməkdaşları bir qrup kəndli ilə təzminat məsələlərini müzakirə ediblər: "Söhbət ilk növbədə sərhədin demarkasiyası nəticəsində evlərini itirən kirantslılardan, eləcə də körpünün təhvil verilməsi ilə bağlı evləri sərhəddə görünən sahiblərdən gedir.

Məlumata görə, hökumət həmin insanlara yeni evlər tikməklə kompensasiya vermək niyyətindədir və onlar artıq kəndin “sovxoz” məhəlləsində tikinti işlərinə başlayıblar. Məsələ ondadır ki, Azərbaycana keçən iki evin sahiblərinə möhlət verilib ki, onlar iyunun 24-dək evlərini boşaltsınlar. Yəni iyunun sonunda azərbaycanlılar Kirantsda görünəcəklər".

Ağarza Elçinoğlu