Ginnesin Rekordlar Kitabı (GWR) saç ustası olan Uilyams adlı qadını ən böyük parik hazırlamaq rekordunun sahibi elan edib.

"Unikal" xəbər verir ki, Nigeriyanın ticarət şəhəri Laqosda yaşayan 31 yaşlı Uilyams eni 3,65 metr olan parik istehsal etdiyinə görə yeni rekordda imza atıb. 

GWR-dən verilən açıqlamada qadının 800-dən çox saç bağlamasından istifadə etdiyi və pariki hazırlamaq üçün 2 719 dollar xərclədiyi bildirilib. O, fevral ayında işə başlayıb və pariki tamamlamaq üçün bir aydan çox vaxt sərf edib. 

Qeyd edək ki, nigeriyalı qadın bundan əvvəl 2 dəfə Ginnesin Rekordlar Kitabına düşüb. 

Zərifə Nağıyeva