Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

"Unikal" xəbər verir ki, sonuncu - XXVII turun oyunları çərçivəsində "Araz Saatlı"nı 2:1 hesabı ilə məğlub edən "Şamaxı" çempion olub.

Səfərdə "Mingəçevir"ə qalib gələn (2:1) "Qaradağ Lökbatan" isə mövsümü ikinci pillədə bitirib.

"Pambıqçılar" üzərində qələbə sayəsində xallarının sayını 57-yə çatdıran "Şamaxı" turnir cədvəlində "Qaradağ Lökbatan"ı 1 xal qabaqlayıb.