"Nitsa"nın müdafiəçisi və kapitan Dante Fransa klubu ilə müqaviləsini uzadıb.
"Unikal" klubun saytına istinadən xəbər verir ki, 40 yaşlı futbolçu ilə 2025-ci ilin iyunun 30-a kimi müqavilə imzalanıb.
Dante 2016-cı ildən "Nitsa"da çıxış edir. O, başa çatan mövsüm çempionatda və Fransa kubokunda 35 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.