“Azərbaycan höküməti tərəfindən atılan addımlar sayəsində ötən il orta illik inflyasiya birrəqəmli həddə düşüb”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
“Uğurlu inflayasiya tədbirləri cari ildədə davam etməkdədir. İlk dörd ayda illik inflyasiya aşağı olmaqda davam edir. Ötən il Azərbaycanda ÜDM artımı qeydə alınmış və bu artımın hamısı qeyri-neft sektorunun hesabına olub. Ölkəmizin iqtisadiyyatında struktur dəyişikləri baş verib. Belə ki, neft-qaz sektorunda azalma qeydə alınıb. Bu göstəricilər qeyri-neft sektorunun daha da sürətli artırılmasının önəmini göstərir" - deyə nazir bildirib.