"Hekayəsi ilə böyüdüyümüz əmimizi bu gün torpağa tapşırdıq".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şəhid əmisinin adını daşıyan Cavid Ələkbərov deyib.

O bildirib ki, əmisinin adını daşıyır və Vətən müharibəsi iştirakçısıdır:

"Ali zirvə bizə qismət olmadı, amma biz şəhidlərin açdığı cığırla gedirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mənim əmim Murovdağ istiqamətində döyüşüb. Bu gün ürəyimiz rahatdr. Artıq Şəhidlər Xiyabanında əmimizi ziyarət edəcəyimiz bir yerimiz var".

Anar Kəlbiyev