Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin iki şikayətini tamamilə rədd edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, eks-prezident ölkənin hazırkı hakimiyyətini siyasi motivlərlə təqib etməkdə ittiham edir və şikayətlər də bununla bağlı olub. Dərc edilmiş qərarda göstərilir ki, Saakaşvili 2018-ci il yanvarın 5-də və iyunun 28-də ona qarşı çıxarılan hökmlərin “təsdiqlənməmiş şayiələrə və digər etibarsız sübutlara əsaslandığını” iddia edib.

Eyni zamanda o, hesab edir ki, onun işinə baxan hakim müstəqillik və qərəzsizlik meyarlarına cavab verməyib.