Tbilisidə restoranda atışma baş verib.

"Unikal" xəbər verir ki, bu barədə "Tbilisi Life Telegram" kanalı məlumat yayıb.

Atışma nəticəsində ətrafdakı bir nəfər yaralanıb.

Məlumata görə, sərxoş vəziyyətdə restoran müştərisi müəssisənin əməkdaşı ilə əlbəyaxa olub, daha sonra onun maşınına minərək odlu silahdan atəş açmağa başlayıb.