"Evlənənlərin sayının az olması işsizlik və sosial problemlərlə əlaqəlidir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa deyib.

Komitə sədri bildirib ki, sadalanan səbəblərə görə bu gün insanların evlənmə yaş həddi artır, yəni, 30-35 yaşda evlənirlər.

F.Mustafa eyni zamanda ötən il ölkədə abortların sayının artmasını ciddi təhlükə olduğuna diqqət çəkib.

Anar Kəlbiyev