"Qadın sahibkarların sayının az olması bürokratik əngəllərlə bağlıdır. Böyük əksəriyyət qadınlar kişilərin çəkdiyi əzabı dövlət qurumları qarşısında çəkməyə maraqlı deyillər, gücləri çatmır, xarakterləri imkan vermir. Ona görə də sahibkar ola bilmirlər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa deyib.

"Halbuki Azərbaycanın çox sayda qabiliyyətli qaıdnları var. Qadınlar cəmiyyətdə güclənməlidir. Bu gün bir dənə də olsun qadın icra başçısı yoxdur. Bu yaxşı nümunə deyil. Əslində 5-10 qadın icra başçısı olmalıdır".

Anar Kəlbiyev