"Müntəzəm olaraq nəlayiq ifadələrdən istifadə zəkanı pisləşdirir".

"Unikal" xəbər verir ki, bu fikri rusiyalı psixiatr Sergey Kuznetsov yerli KİV-ə müsahibəsində deyib. 

Onun sözlərinə görə, bu  ifadələrin həddindən artıq və sistemli istifadəsi beyinə mənfi təsir göstərir:

"Həmçinin, bu psixi sağlamlıqla bağlı problemlərdən xəbər verir. Nəlayiq ifadələr yüksək emosional yükə malikdir və insanı mənfi emosiyalardan azad edir.  İnsanlar qorxu, ağrı, ciddi narahatlıqlarla müşayiət olunan kəskin stressli vəziyyətlərdə  nəlayiq ifadələrdən  istifadə edirlər,  Həmçinin, onların ümumi emosional vəziyyətində artan narahatlıq və əsəbi zəiflik ilə səciyyələnəndə sistematik şəkildə söyüşdən istifadə edirlər. Bu vəziyyətdə hətta kiçik xarici impulslar da sui-istifadə axınına səbəb ola bilər. Çoxları üçün söyüşlərdən istifadə katarsisə çevrilir (yığılmış mənfi emosiyalardan qurtulma prosesi).  Eyni zamanda nəlayiq ifadə lakmus sınağına bənzəyir: bu, insanın mövcud həyat şəraitinin öhdəsindən gələ bilməyəcəyini, emosional proses apara bilmədiyini və stressi aradan qaldıra bilmədiyindən xəbər verir", - Kuznetsov izah edib.