Azərbaycanın əməkdar həkimi, tibb elmləri namizədi, Birinci Qarabağ müharibəsi veteranı, AR Silahlı Qüvvələrində hərbi tibb sahəsinin qurucularından biri olmuş, habelə uzun illər Mərkəzi Hərbi hospitalın rəisi vəzifəsində qulluq keçmiş tibb xidməti polkovniki İbrahimov Vaqif Şirəli oğlu vəfat edib.

"Unikal" report-a istinadən xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Qeyd edək ki, Vaqif həkim ədliyyə polkovnik-leytenantı Azər İbrahimovun atasıdır.