Mayın 24-ü saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Altıağac, Xınalıq, Qusar (Laza), Xaltan, İsmayıllı, Qrız, Naftalan, Ağcabədi, Ağdam, Tərtər, Mingəçevirdə arabir yağış, Şahdağda isə sulu qar yağır.

Qrız, Şahdağ, Daşkəsən, Göygöl, Qax, Şəki, İsmayıllı, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 20-25, Aran rayonlarında 22-25, dağlıq rayonlarda 9-11, yüksək dağlıq ərazilərdə isə 2 dərəcəyək isti olub.