İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda finala yüksəlib.

Azərbaycan Gimnastika Federasiyasından "Unikal"a verilən məlumata görə, o, sərbəst hərəkətlərdə həlledici mərhələyə vəsiqə qazanıb.

Dünən start götürən Dünya Kuboku mayın 26-da başa çatacaq.