Almaniya hakimiyyəti hələ Fələstini tanımağı planlaşdırmır.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya kansleri Olaf Şolts bildirib.

“Məncə, indi bizim Fələstin Muxtariyyətini ayrıca dövlət kimi tanımaq üçün heç bir əsasımız yoxdur. Bizə İsrail və fələstinlilər arasında iki dövlətli həllə bərabər olacaq danışıqlar yolu ilə həll lazımdır. Söhbət İordan çayının qərb sahili və Qəzza zolağından məsul olan Fələstin Muxtariyyətindən gedir. Amma biz hələ bundan uzağıq. İndi bizə lazım olan tək şey uzunmüddətli atəşkəsə nail olmaqdır. Bu həm də öhdəlik götürmək məsələsidir. İştirak edən bütün tərəflər iki dövlət həllinə sadiq qalsınlar”, - deyə Şolts bildirib.