Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Hakurkda əməliyyat bölgəsinə hücuma hazırlaşan 2 PKK/KCK terrorçusunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd olunub ki, MİT "İsyan" kod adlı Hadice Kaya və Suriya vətəndaşı "Diljin Azadi" kod adlı Heva Kıvelçekin təşkilatın yüksək rütbəli şəxslərinin göstərişlərini çatdırmaq üçün gecə saatlarında hərəkətə keçəcəkləri barədə məlumat əldə edib. Bundan sonra MİT terrorçularu izləməyə başlayıb.

Terrorçular Hadice Kaya və Heva Kıvelçekin 2015-ci ildə terror təşkilatına qoşularaq İraqın şimalında Qara, Avaşin və Hakurk bölgələrində terror fəaliyyətlərində iştirak etdikləri müəyyən olunub.