Azərbaycanla sərhəd rayonu Tavuşa gedən Ermənistanın baş naziri Nikol Paşinyanın helikopteri Vanadzor (Qarakilsə) stadionuna (Lori rayonu) məcburi eniş edib.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub. 

Məsələ ilə bağlı feysbuk hesabında paylaşım edən Paşinyan yazıb:

"Əzizlərim, hər şey qaydasındadır. Əlverişsiz hava şəraiti ilə əlaqədar vertolyotumuz Vanadzorda planlaşdırılmamış eniş edib".

Qeyd edək ki, Paşinyan səfərinə avtomobillə davam edib.