"Türkiyə Qəzza zolağında cinayət törətməyi dayandırana qədər İsrailə ticarət və iqtisadi təzyiqləri davam etdirmək niyyətindədir".

"Unikal" xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda Xarici İqtisadi Əlaqələr Şurasının iclasında çıxışı zamanı deyib.

"(Baş nazir Benyamin – red.)  Netanyahu administrasiyası Qəzzada qətliamları və cinayətləri dayandırana qədər biz İsrailə ticarət və diplomatiya sahəsində təzyiq göstərməyə davam edəcəyik", – deyə Ərdoğan bildirib.

Xatırladaq ki, may ayında Ərdoğan İsraillə ticarəti dayandırdığını açıqlamışdı.